CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayılda növbəti yanğın başlayıb

© Sputnik / Zulfiyya GuluyevaBayıl yamacında yanğın
Bayıl yamacında yanğın - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
Bakının 20-ci sahə adlanan ərazisində güclü yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

BAKI, 31 iyul - Sputnik. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yanğın başlayıb.

Şahidlərin sosial şəbəkədə verdikləri məlumata görə, hadisə çimərliyə yaxın ərazidə, "Dərya Fish House" restoranının yaxınlığında qeydə alınıb. İlkin məlumata əsasən, ərazidəki ağaclıq yanır. İnsanların oradan uzaqlaşdırıldığı bildirilir.

Digər məlumata əsasən, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

 

Xəbər lenti
0