CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni doğulmuş körpəni Şəhidlər xiyabanına atdılar

© Sputnik / Emin AlisahibHindarx qəsəbəsində tapılmış uşaq
Hindarx qəsəbəsində tapılmış uşaq - Sputnik Azərbaycan, 1920, 22.07.2021
Abunə olmaq
Ağcabədidə yeni doğulmuş oğlan uşağı rayonun Şəhidlər xiyabanına atılıb. Hazırda körpə həkim nəzarətindədir.

BAKI, 22 iyul — Sputnik. Ağcabədi rayonunun Hindarx qəsəbəsində iki günlük körpə naməlum şəxs və yaxud da şəxslər tərəfindən Şəhidlər xiyabanına atılıb.

Sputnik Azərbaycan bildirir ki, yerli sakinlərin məlumatından sonra körpə rayon xəstəxanasının doğum evinə yerləşdirilib. O, həkim nəzarətinə götürülüb.

Agcabədi MRX-dan bildirilib ki, oğlan uşağı 2 kq 100 q cəkidə, göbəyi bağlanmamış vəziyyətdə xəstəxanaya təcili tibbi yardım avtomobili ilə gətirilib.  Vəziyyəti hazırda yaxşıdır. Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlarda yeni doğulmuş körpələrin atılması halları artıb. Bu ay ərzində Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.

Belə ki, iyulun 12-də Ucarda dəmir yolunun kənarındakı istifadəsiz tikiliyə atılan körpə yerli sakinlər tərəfindən tapılmışdı. Yenidoğulan körpənin cinsi oğlan, çəkisi 4 kq 19 qram, boyu 53 sm olub.

İyulun 6-da isə Sumqayıtda zibil qabından yenidoğulan körpə qız uşağı tapılmışdı.

Eləcə də oxuyun:

Xəbər lenti
0