22:29 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
HADİSƏ
Qısa URL
363 0 0

Onlarla iri və xırdabuynuzlu mal-qaranı, ev quşlarını sel aparıb. Kənddaxili yollarda böyük yarğanlar yaranıb, kəndlər arasında əlaqə kəsilib, qaz, işıq və rabitə xətlərinə ziyan dəyib.

BAKI, 19 iyul - Sputnik. Ötən gün Lerikdə başlayan və 2 saat davam edən leysan yağışları nəticəsində 15 kənddə 30-a yaxın sakinin həyətyanı sahəsini sel suları basıb, vətəndaşların təsərrüfatlarına ciddi ziyan dəyib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 180 hektar kartof, 65 hektar meyvə bağı, 45 hektar tərəvəz sahəsi sıradan çıxıb. 350-dən çox arı ailəsini, onlarla iri və xırdabuynuzlu mal-qaranı, ev quşlarını sel aparıb. Rayonun Kələxan kənd sakininə məxsus evin bir divarı uçub. Sel nəticəsində kənddaxili yollarda böyük yarğanlar yaranıb, kəndlər arasında əlaqə kəsilib, qaz, işıq və rabitə xətlərinə ziyan dəyib.

Hazırda Lerik Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Ərazidə elektrik enerjisinin, təbii qazın verilişi, rabitənin bərpası və kəndlərarası yolların açılması işlərinə başlanılıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları hazırda əraziyə dəymiş ziyanı müəyyənləşdirirlər.

Eləcə də oxuyun:

Teqlər:
Lerik, leysan, sel, fəsad, kənd təsərrüfatı, dağıntı

Əsas mövzular