CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda toya gedənlər qəza törətdilər, təmizlik işçisi xəsarət aldı

© Photo : APASüpürgəçi, arxiv şəkli
Süpürgəçi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.07.2021
Abunə olmaq
Əvvəlcə yol kənarında dayanmış "Mercedes-Benz" markalı avtomobilə çırpılan BMW yaxınlıqda təmizlik işləri aparan qadını da vurub.

BAKI, 19 iyul - Sputnik. Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Kortejdə olan 50-DE-500 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə nəqliyyat vasitəsini yol kənarında dayanmış "Mercedes-Benz" markalı avtomobilə çırpıb. Sonra isə BMW-nin sürücüsü yol kənarında təmizlik işləri aparan, 1956-cı il təvəllüdlü Xəlilova Rəxşəndə Xeyrulla qızını vurub. Ağır bədən xəsarətləri alan 65 yaşlı qadın təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Eləcə də oxuyun:

Xəbər lenti
0