CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toydan çıxan gənclər qəzaya düşdülər, ölən var

© Sputnik / Rahim MuradovMühafizə polisi və təcili yardım avtomobili
Mühafizə polisi və təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
27 yaşlı Əmirgünə Firdövsi oğlu Əmiraslanovun idarə etdiyi "Opel" markalı avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

BAKI, 12 iyul - Sputnik. Qusarda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Qusar-Şahdağ yolunun 26-cı km-də qeydə alınıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Ənix kənd sakini, 27 yaşlı Əmirgünə Firdövsi oğlu Əmiraslanovun idarə etdiyi "Opel" markalı avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Qəza nəticəsində avtomaşında olan sərnişin, 28 yaşlı İsmixan Ədalət oğlu Şəkərov dünyasını dəyişib. "Opel"in sürücüsü, 27 yaşlı Əmirgünə Əmiraslanov, avtomobildə olan daha iki sərnişin - 28 yaşlı Abuçin Osman oğlu Osmanov və 27 yaşlı Tofiq Əziz oğlu Kərimov müxtəlif sınıq və xəsarətlərlə Qusar rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıblar.
Hadisə ilə bağlı Qusar rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır. Fakta görə cinayət işi açılıb. Qəzaya düşən gənclərin toydan çıxdıqları deyilir.

Eləcə də oxuyun:

Xəbər lenti
0