12:58 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
HADİSƏ
Qısa URL
4942 0 0

Ukrayna dairəsi yaxınlığında kanalizasiya xəttinin sıradan çıxması nəticəsində daşqın olub və Gəncə prospekti maşınlar üçün keçilməz hala düşüb.

BAKI, 11 iyul - Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakının Əhmədli qəsəbəsində, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkının və yeni tikilmiş ASAN Xidmət Mərkəzinin yanında, Gəncə prospektində dəhşətli tıxac yaranıb.
Tıxaca səbəb yolu su basması olub. Getdikcə artan su səbəbindən yol minik maşınları üçün keçilməz hala düşüb.

Baş vermiş hadisə ilə bağlı Sputnik Azərbaycan-a məlumat verən "​Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, magistral su xəttində qəza baş verib. Hazırda hazırda sözügedən qurumun əməkdaşları hadisə yerindədirlər və qəzanın aradan qaldırılması istiqamətində iş gedir.

Magistral su xəttində qəzanın baş verməsi səbəbindən Əhmədli qəsəbəsinə, Gəncə prospekti başda olmaqla Xətai rayonunun əksər hissəsinə suyun verilməsi dayandırılıb. 

10:28

Ukrayna dairəsi yaxınlığında daşqın: Gəncə prospekti keçilməz hala düşüb

Bu gün səhər saatlarında Bakının Əhmədli qəsəbəsində, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkının və yeni tikilmiş ASAN Xidmət Mərkəzinin yanında, Gəncə prospektində dəhşətli tıxac yaranıb. 

Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbiri xəbər verir ki, tıxaca səbəb ilkin ehtimala görə kanalizasiya xəttinin sıradan çıxması nəticəsində yolu su basması olub.

Getdikcə artan su səbəbindən yol minik maşınları üçün keçilməz hala düşüb. İndiyə qədər bölgəyə qəza xidməti yaxınlaşmayıb. 

Qeyd edək ki, sözügedən ərazidə xüsusilə yağış yağan zaman tez-tez bu hal müşahidə edilir.  

Əsas mövzular