Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yevlaxda dəhşətli qəza, minik maşını hissələrə bölündü

© Sputnik / Rahim MammadovYevlaxda yol-nəqliyyat hadisəsi
Yevlaxda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 10.07.2021
Abunə olmaq
Yevlaxda baş verən dəhşətli qəza nəticəsində minik maşını hissələrə bölünüb, yük maşının daşıdığı buğda isə yola dağılıb.

BAKI, 10 iyul - Sputnik. Yevlaxda bir nəfərin ölümü, dörd nəfərinsə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə rayonun Əkşəm kəndindən keçən magistral yolda qeydə alınıb.

Belə ki, "Lada Priora" markalı minik maşını içərisi buğda ilə dolu olan "Qazel" markalı yük maşını ilə toqquşub.

© Sputnik / Rahim Mammadov
Yevlaxda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
1/3
© Sputnik / Rahim Mammadov
Yevlaxda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
2/3
© Sputnik / Rahim Mammadov
Yevlaxda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Qəza zamanı Mingəçevir şəhər sakini 26 yaşlı Nuru Kərimov dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı hər iki avtomobil yoldan çıxaraq aşıb. Minik maşını hissələrə bölünüb, yük maşının daşıdığı buğda isə ətrafa dağılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Qəzanın başvermə səbəbləri araşdırılır.

Xəbər lenti
0