BAKI, 6 iyul — Sputnik. Sabiq Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında bu gün cərrahiyyə əməliyyatı olunacaq.
Sputnik Azərbaycan Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat yayıb.
Qeyd edək ki, E.Həsənov səhhətində yaranan problemlərə görə bir neçə gün öncə DTX-nın Hərbi Hospitalına köçürülmüşdü.
Xatırladaq ki, Eldar Həsənov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri ikən şübhəli şəxs qismində ötən ilin avqustun 13-də DTX əməkdaşları tərəfindən saxlanılıb. Bundan bir neçə gün sonra o, səfir vəzifəsindən azad olunub.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) onunla bağlı yaydığı məlumatında deyilir ki, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaq gedir və Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Eləcə də oxuyun:
-
Məhkəmə sabiq səfir Eldar Həsənov barədə qərar verdi
-
Prezident İlham Əliyev Eldar Həsənovu işdən çıxardı
-
Eldar Həsənovun biznes şəriki rüşvət və korrupsiyaya bulaşdığı üçün həbs edilib