CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabirabadda iki qardaşdan ağlasığmaz əməl: görün məscidi niyə yandırıblar

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidГород Агдам после его возвращения Азербайджану
Город Агдам после его возвращения Азербайджану - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıblar.

 

BAKI, 6 iyul — Sputnik. İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscidi yandıranların kimliyi bəlli olub.

Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov məscidləri kənd sakinləri olan FuadŞahbaz Nəbiyev qardaşlarının yandırdığı məlum olub: "İyulun 1-də saat 23:00 radələrində naməlum şəxslər tərəfindən Sabirabad rayonunun Qaratoğay kəndində iki məscid yandırılıb. Artıq polis tərəfindən həmin məscidləri yandıran adamlar bəlli olub. Cinayəti törədənlər - Fuad və Şahbaz Nəbiyev qardaşları müəyyən edilib və saxlanılıblar. İlk istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüşlər.

Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər.

Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmişlər. Bu səbəbdən qardaşlar hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlərin kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər.

Hadisə günü gecə saatlarında qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıblar. Onlar məsciddə döşəkçələri yandırıb qaçıblar. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək. Buna baxmayaraq, polis əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıblar və hər ikisi törətdiyi əməli etiraf edib".

Xəbər lenti
0