01:28 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
HADİSƏ
Qısa URL
1124 0 0

Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb.

BAKI, 4 iyul - Sputnik. İyunun 4-də saat 07:22-də paytaxt Bakıdan Naxçıvana uçan "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

"Azərbaycan Hava Yolları" QSC-dən verilmiş məlumata əsasən, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Təyyarə yerli vaxtla saat 08:01-də Heydər Əliyev Beynəlxalq Hava Limanında uğurlu eniş edib.

Məlumata göeə, hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Sərnişinlər Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəklər.

Həmçinin oxuyun:

AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

Rusiyada təyyarə sərt eniş edib, ölənlər var

Əsas mövzular