Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə külək fəsad törətdi, Xan bağında irigövdəli çinar aşdı

© © Photo: Housing maintenance officesGəncədə küləyin fəsadları
Gəncədə küləyin fəsadları - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Külək həmçinin Gəncənin Bayraq meydanı, Gəncə Qala qapıları, Heydər Əliyev prospekti, Fikrət Əmirov parkı, Gülüstan yolu və Şah İsmayıl Xətai prospektində bir neçə ağacı sındırıb.

BAKI, 30 iyun — Sputnik. İyunun son günləri qərb bölgəsində anomal isti hava şəraiti müşahidə edilir. Ötən gün isə bölgədə qəfildən hava şəraiti dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, gecədən başlayaraq Gəncədə güclü külək əsib. Nəticədə bir neçə ünvanda iri gövdəli ağaclar aşıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

© © Photo: Housing maintenance offices
Gəncədə küləyin fəsadları - Sputnik Azərbaycan
1/3
© © Photo: Housing maintenance offices
Gəncədə küləyin fəsadları - Sputnik Azərbaycan
2/3
© © Photo: Housing maintenance offices
Gəncədə aşmış işıq dirəyi - Sputnik Azərbaycan
3/3
Gəncədə aşmış işıq dirəyi
1/3
2/3
3/3
Gəncədə aşmış işıq dirəyi

Təbiət hadisəsi zamanı Gəncənin məşhur Xan bağında irigövdəli nəhəng çinar ağacı parkın ərazisinə aşıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Güclənən külək həmçinin Bayraq meydanı, Gəncə Qala qapıları, Heydər Əliyev prospekti, Fikrət Əmirov parkı, Gülüstan yolu və Şah İsmayıl Xətai prospektində bir neçə ağacı sındırıb.

Gecədən başlayaraq güclü küləyin fəsadları Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən aradan qaldırılıb. Elektrik enerji verilişi bərpa edilib. Hazırda Gəncədə isti hava müşahidə edilməkdədir.

Qeyri-sabit hava şəraiti

Azərbaycan ərazisində bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Bakı və Abşeron yarımadasında, aran rayonlarında günlərdir havanın temperaturu 40-43 dərəcə Selsi arasında dəyişir, ölkənin qərb, şimal-qərb rayonlarında, dağlıq ərazilərdə isə külək və yağış müşahidə olunur. 

Samux rayonunda iyunun 27-də Qarayeri, Sərkar, Ziyadlı, Qovlarsarı, Kolayır və bir neçə digər kəndində güclü külək elektrik enerjisinin verilişində fasilə yaratmışdı. Bundan başqa, ağaclar gövdəsindən qırılaraq yolun hərəkət hissəsinə və ətrafa düşmüşdü.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-na olan məlumatına görə, bu gündən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq. 

İyulun 1-də isə Bakı və Abşeronda qısamüddətli yağış, bəzi rayonlara dolu, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. 

Eləcə də oxuyun:

Xəbər lenti
0