CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzalar, qəsdlər və əcəlin oyunu - günün kriminal xronikası

© AFP 2023 / LUIS ROBAYOМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Kriminal və bədbəxt hadisələr baş vermək üçün gün seçmir. Azərbaycanda gün ərzində törədilmiş müxtəlif tərkibli cinayət və bədbəxt hadisələrin icmalını təqdim edirik.

BAKI, 27 iyun - Sputnik. Bayram və istirahət günü olmasına rəğmən, iyunun 27-si də kriminal və bədbəxt hadisələrsiz ötüşməyib. Sputnik Azərbaycan gün ərzində baş verən hadisələrin daycestini təqdim edir.

Salyanda qadın qətli

Salyan rayon prokurorluğunun məlumatına görə, iyunun 27-si saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Altı uşaq anasını bıçaqladı

Daha bir qadın isə əri tərəfindən ağır xəsarət almasına rəğmən sağ qalıb. 

Daşkəsən şəhərində 51 yaşlı qadın yaşadığı binanın önündə əri tərəfindən bıçaqlanıb. Hadisə ailənin yaşadığı Daşkəsən rayon İsmət Qayıbov küçəsində binanın önündə baş verib.

1970-ci il təvəllüdlü, altı uşaq anası olan Zülfiyyə Məhərrəmovanı əri Ramiz Məhərrəmov şəxsi münaqişə zəminində qarın boşluğundan bıçaqlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Məhərromov bıçaqla hadisə yerinə çağırılan tibb işçilərinə qarşı da hədə-qorxu gəlib. Lakin sonra bıçaq ondan alınıb və daha sonra yaralıya ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Bir bıçaq xəsarəti alan qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis şöbəsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qonşu davası

Daşkəsən rayonunda 2 qonşu qadın isə münasibətlərini davada aydınlaşdırıblar. Hadisə rayonun Çanaqçı kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Səadət Qasımova ilə qonşusu olan yaşlı qadınla şəxsi münasibətlər zəminində mübahisə yaşanıb.

Bu zaman S.Qasımova daşla qonşusunun evinin pəncərələrini sındırıb.

Onun hadisə yerinə gələn yaşlı qadının oğlu, Tahir Qurbanovla da mübahisəsi yarandığı bildirilir.

S.Qasımova xəsarət alaraq xəstəxanaya müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə huşsuz vəziyyətdə tapılan oğlanı xilas etmək mümkün olmayıb

Bu gün səhər saatlarında Mingəçevirdə polis əməkdaşları küçədə huşsuz vəziyyətdə 1990-cı il təvəllüdlü Xəlilov Camal Şahin oğlunu aşkarlayıblar. C.Xəlilov 9 saylı orta məktəbin yaxınlığında aşkarlanıb.

Gənc polis əməkdaşları tərəfindən təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, ağır durumda olan C. Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin müayinə və araşdırma zamanı məlum olub ki, şəxsi problemləri səbəbindən C.Xəlilov sirkə turşusu içərək intihar edib.

Qeyd edək ki, Xəlilov Mingəçevirdə məcburi köçkün şəhərciyində yaşayıb.

Enerji içkisi ilə pivənin qarışığı zəhərlənmə verdi

Gəncə şəhərində yerli sakin energetik içkiylə pivəni birgə içdikdən sonra halı pisləşib. 34 yaşlı A.Hacıyev xəstəxanaya aparılıb və zəhərləndiyi məlum olub. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlı oğlan Moskvada öldü

Şəki rayon sakini Rusiyada suda boğulub. Hadisə Moskva şəhərində qeydə alınıb.Şəki rayonu Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Natiq oğlu Abdullazadə bir neçə gün əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ərazisində çayda çimərkən boğularaq ölüb.

V.Abdullazadənin yaxınlarının verdiyi məlumata görə, hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.

Qəzada malları yola töküldü

Bakı-Qazax-Gürcüstan magistral yolunun Hacıqabul rayonu ərazindən keçən hissəsində (əks istiqamətdə) avtomobil qəzası baş verib.

Qarpız daşıyan "QAZel" markalı maşınlar Hacıqabulun Pirsaat kəndi ərazisində toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, qarpızlar yola tökülüb. Qəza zamanı ölən və yaralanan olmasa da yolda kiçik tıxac yaranıb.

Maşınlar toqquşdu, bir nəfər öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza zamanı "QAZ 31" və "VAZ 2107" markalı iki avtomobil toqquşub. Nəticədə bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməldaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

* Material hazırlanarkən DİN-in, APA və Report informasiya agentliklərinin məlumatlarından istifadə olunub.

Eləcə də oxuyun:

  • Kriminal qiraət: Damda əməliyyat, səbirsiz toy sahibi və iyunun 25-nin digər hadisələri

  • DİN federasiya rəsmisi olan şəxsin qətlinə aydınlıq gətirdi

  • Qaxdakı partlayışın ürəkparçalayan təfərrüatı: toya hazırlaşırdı...

Xəbər lenti
0