CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənninin oğlu Amerikada qəzaya düşdü - VİDEO

© Photo : courtesy of Nura SuriNura Suri oğlu ilə
Nura Suri oğlu ilə - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb.

BAKI, 18 iyun — Sputnik. Müğənni Nura Surinin oğlu Xosrov qəzaya düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində baş verib.

O, San-Fransiskodan Los-Ancelesə gələrkən qəza törədib. Belə ki, dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub.

N.Suri "Instagram" hesabında övladının möcüzəvi şəkildə həyatda qaldığını bildirib: "Bir ay dincəlməlidir. Şükürlər olsun, həkimlər vaxtında müdaxilə ediblər. Allah onu qoruyub. Hazırda vəziyyəti yaxşıdır".

Qeyd edək ki, Xosrov uzun illərdir ABŞ-da yaşayır. O, "Amazon" şirkəti ilə əməkdaşlıq edib. Hazırda peşəkar kikboksinqlə məşğuldur, eyni zamanda "Delivery guys" şirkətinin rəhbəridir.

Məlumat üçün bildirək ki, Nura Suri cəsarətli fotoları və qeyri-adi layihələri ilə məşhurdur. Üç uşaq anası karantin zamanı müğənnilikdən savayı, tikinti şirkətinə işə düzəlməsi ilə də gündəmə gəlib.

Eləcə də oxuyun:

Tanınmış meyxanaçı da bəladan qurtula bilmədi

Xalq artisti növbəti ağır əməliyyatını keçirib

Populyar müğənni məktəblərin açılmasına etiraz etdi

Xəbər lenti
0