05:24 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
HADİSƏ
Qısa URL
700 0 0

Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunub, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.

Ağdam rayonu ərazisində minaya düşərək həlak olan şəxsin meyiti ərazidən götürülüb. Bununla bağlı Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürələk aidiyyəti üzrə təhvil verilib.

Ağdamda itkin düşən şəxsin taleyi

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda itkin düşən şəxsin minaya düşərək ölməsi faktı ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılıb. İlkin ehtimallara görə, C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilib.

Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunub, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.

Hazırda həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlər davam etdirilir.

C.Hətəmxanovun nəşi ailəsinə təhvil verildikdən sonra Quzanlı qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində yaşayırdı. O, bu ayın əvvəlində Seyidli kəndinə gedib, daha sonra geri qayıtmayıb. Həmin gündən C.Hətəmxanovla əlaqə itib.

Minanın qurbanları

Qeyd edək ki, Baş Prokurorluğun fevralda açıqladığı statistikaya görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İyunun 4-də açıqlanan rəqəmlər isə belə dəyişib:

10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu son hadisə ilə da dünyasını dəyişən mülki şəxslərin sayı 21 olub.

Əsas mövzular