Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xalq artisti Ramiz Əzizbəyli son mənzilə yola salınıb

© Photo : REPORTXalq artisti Ramiz Əzizbəylinin dəfn mərasimi
Xalq artisti Ramiz Əzizbəylinin dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
İyunun 9-da 72 yaşında həyata gözlərini gözlərini yummuş Azərbaycanın Xalq artisti paytaxtın Qaradağ rayonunda dəfn edilib.

BAKI, 10 iyun — Sputnik. Xalq artisti Ramiz Əzizbəyli son mənzilə yola salınıb. Sputnik Azərbaycan xəbər verir ki, vida mərasimi Xalq artisinin yaşadığı binanın önündə keçirilib. Mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirlər.

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin nəşi ailəsinə təhvil verilib. Mərhumun cənazəsi yaşadığı evə gətirilib.

Xatırladaq ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Əzizbəylinin vəfatı ilə əlaqədar nekroloq yayıb. Nekroloqda deyilir: "Azərbaycan Respublikasının Xalq artisti Ramiz Hacı Ağa oğlu Əzizbəyli 2021-ci ilin 9 iyun tarixində, 73 yaşında vəfat edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Xalq artistinin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər".

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Ramiz Əzizbəylinin dəfn mərasimi üçün əklil göndərib.

Əklil R.Əzizbəylinin məzarı önünə qoyulub.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun qızı da koronavirus diaqnozu ilə xəstəxanada müalicə alırdı. Bir neçə il öncə Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. R.Əzizbəylinin digər ayağında bənzər riskin yaranmaması üçün onun yenidən əməliyyat oluna biləcəyi söylənilmişdi.

Məlumat üçün bildirək ki, kino rejissor və aktyoru, professor Ramiz Əzizbəyli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri kimi fəaliyyət göstərib. "Şöhrət" ordeni, "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı olan aktyor və rejissor 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb.

Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. O, 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr olunub.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun:

Xalq artisti Ramiz Əzizbəyli vəfat edib

Ramiz Əzizbəylidən xəbər var - vəziyyəti orta-ağırdır

Xəbər lenti
0