CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadını şantaj edərək böyük məbləğdə pul alan şəxs saxlanıldı

© Sputnik / Murad OrujovШантаж, иллюстративное фото
Шантаж, иллюстративное фото - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
Daha bir şantajçı öz əməllərini həyata keçirərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

BAKI, 8 iyun — Sputnik. Ağsuda qadını şantaj edərək böyük məbləğdə pul alan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, polis əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayonu ərazisində Nüydü kənd sakini, əvvəllər məhkum olunan R.Əsgərov S.Məmmədovadan barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə tələb etdiyi 13.000 manat pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, bu il ərzində baş verən ilk belə hal deyil. Bundan öncə də aprelin 28-də Bakıda qadını şantaj edərək görüşmək istəyən şəxs saxlanılmışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.

Həmin faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti
0