CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novxanı yolunda dörd maşın bir-birinə girdi, xeyli yaralı var

© Sputnik / Ibrahim HashimovQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
Qəza nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib və 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKI, 6 iyun - Sputnik. Novxanı-Binəqədi yolunda ağır qəza olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, qəza Novxanı-Binəqədi avtomobil yolunun 7-ci kilometrliyində baş verib. Belə ki, hərəkətdə olan 2 "Mercedes" markalı, "Tofaş" və "Toyota" markalı avtomobillərinin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Qəza nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib və 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Bir müddət yolda tıxac yaranıb.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunublar və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Eləcə də oxuyun:

Xəbər lenti
0