13:22 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
HADİSƏ
Qısa URL
1640

Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli Solmaz Məmmədova Mingəçevir şəhər xəstəxanasına çatdırlıb.

BAKI, 29 may — Sputnik, Rahim Məmmədov. Xəbər verildiyi kimi, Mingəçevirdə 7-ci sinif şagirdi təhsil aldığı orta məktəbin 2-ci mərtəbəsindən yıxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə Texniki Humanitar liseydə qeydə alınıb. Tənəffüs zamanı şagird Solmaz Məmmədova qəfildən 3 mərtəbəli binanın 2-ci mərtəbəsindən yerə yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli Mingəçevir şəhər xəstəxanasına çatdırlıb. Xəstəxanadan həkimi Rəmziyyə Süleymanova Sputnik Azərbaycan-a bildirilib ki, məktəblinin vəziyyəti qənaətbəxşdir:

“Solmaz Məmmədova bu gün saat 11-12 radələrində acil şöbəsinə daxil olub. Xəstə yıxılan zaman baş nahiyəsindən zədə almış və üst dodağı çapılmışdır. Solmaz Məmmədova bütün lazımı müayinələrdən keçirilib. Belə ki, başın KT müayinəsi döş qəfəsin, qarın boşluğunun tam müayinəsi, çanaq sümüklərinin rentgeni olunmuşdur. Hazırda xəstənin vəziyyəti tam qənaətbəxşdir”.

© Sputnik / Rahim Mammadov
Texniki Humanitar liseydə

Mingəçevir şəhərində fəaliyyət göstərən Texniki Humanitar Liseydə 1516 şagird təhsil alır. Baş verən hadisəynən bağlı təhsil ocağından Sputnik Azərbaycan-a bildirilib ki, məktəbli tənəffüs zamanı özünü pis hiss edərək pəncərəyə yaxınlaşıb, bu zaman müvazinətini itərərək yıxılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Əsas mövzular