CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ağır yol qəzasında 4 nəfər xəsarət aldı

© AFP 2023 / JOEL SAGETАвтомобильная авария, фото из архива
Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
A.Verdixanovaya qapalı kəllə-beyin travması, M.Əliyevaya döş qəfəsinin əziyi və qapalı kəllə-beyin travması, B.İsmayılzadəyə qapalı kəllə-beyin, S.Məmmədovaya isə sol baldırın sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

 

BAKI, 24 may — Sputnik. Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Verdixanova Aysel Şahin qızı, 1957-ci il təvəllüdlü Əliyeva Minarə Vəfadar qızı və onun nəvəsi, 2007-ci il təvəllüdlü İsmayılzadə Beyrək Anar oğlu, eləcə də 1973-cü il təvəllüdlü Məmmədova Səadət Musa qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. A.Verdixanovaya qapalı kəllə-beyin travması, M.Əliyevaya döş qəfəsinin əziyi və qapalı kəllə-beyin travması, B.İsmayılzadəyə qapalı kəllə-beyin, S.Məmmədovaya isə sol baldırın sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub. Yaralıların hamısı reanimasiyaya yerləşdirilib.

Xəbər lenti
0