Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xırdalanda yaşayış binasında partlayış olub, 14 nəfər təxliyə edilib

© Sputnik / Nikolay Hizhnyak / Mediabanka keçidYanğın şlanqı, arxiv şəkli
Yanğın şlanqı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

BAKI, 22 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan nazirliyin saytına istinadla məlumat verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata əsasən, hadisə binanın dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xilasedicilər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə tam söndürülüb.

Əlavə məlumat veriləcək.

Eləcə də oxuyun:

* Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

* Bakıda yaşayış binasında yanğın olub, yaralılar var

 

Xəbər lenti
0