Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polisin güllələdiyi qadının ölümü ilə əlaqədar cinayət işi açılıb

© Sputnik / Murad OrujovPPX avtomobili
PPX avtomobili - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Baş Prokurorluğun istintaq idarəsinin kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

 

BAKI, 20 may — Sputnik. Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb: “Hazırda Baş Prokurorluğun istintaq idarəsinin kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər”.

G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Eləcə də oxuyun:
* Polis əməkdaşı qısqanclıq zəminində atəş açıb, özü isə...

Avtomobili polisin üzərinə sürən şəxslə bağlı cinayət işi başlanıb

* Qadını qətlə yetirən mollanı polis saxlayıb

 

Xəbər lenti
0