CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə iki hərbçimizi qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib

© Sputnik / Leyla AbdullayevaСолдат Государственной пограничной службы, фото из архива
Солдат Государственной пограничной службы, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
"Həmin şəxs təslim olmayaraq hərbi qulluqçulara silahlı müqavimət göstərib. Bu səbəbdən həmin şəxs zərərsizləşdirib" - Ehsan Zahidov.

BAKI, 19 may — Sputnik. Mayın 15-də Azərbaycan dövlət sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bu barədə Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşlarından birinin yeri müəyyən edilib: "Həmin şəxs təslim olmayaraq hərbi qulluqçulara silahlı müqavimət göstərib. Bu səbəbdən həmin şəxs zərərsizləşdirib".

Xatırladaq ki, mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram "marixuana" və 95 qram "metamfetamin", güclü təsir edən maddə olan 17715 ədəd "preqabalin" həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.

Eləcə də oxuyun: 

* İranla sərhəddə atışma: İki hərbçimiz həlak olub

* Sərhəddə hərbçilərimizin qətli ilə bağlı saxlanılan var

Dinc dövrdə həlak olan hərbçimiz torpağa tapşırıldı

* Sərhəddə həlak olan hərbçimiz Qubada dəfn olundu

Xəbər lenti
0