Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astarada ağ ölüm yayıcıları saxlanıldılar - FOTO

© AR Ministry of Internal AffairsMaddi sübüt
Maddi sübüt - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
Aparalan araşdırma zamanı o da məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və onun deyəcəyi yerə qoymaqla  ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli idilər.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 26 kiloqamdan artıq, güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

© AR Ministry of Internal AffairsSədail Movlanov
Astarada ağ ölüm yayıcıları saxlanıldılar - FOTO - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Sədail Movlanov

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, Astara RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Elvin Ağayev və əvvəllər məhkum olunmuş Sədail Mövlanov saxlanılıblar.

Keçirilən baxış zamanı S.Mövlanovun üzərindən 3 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. E.Ağayevin yaşadığı evə və  həyətdəki yardımçı tikililərə keçirilən baxış zamanı isə ayrı-ayrı bağlamalarda ümumilikdə 23 kiloqram 510 qram narkotik vasitə heroin və 3 kiloqrama yaxın tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Aparılan araşdırma zamanı o da məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və onun deyəcəyi yerə qoymaqla  ayrı-ayrı şəxslərə çatdırılmasını  təşkil etməli idilər.

© AR Ministry of Internal AffairsElvin Ağayev
Astarada ağ ölüm yayıcıları saxlanıldılar - FOTO - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Elvin Ağayev

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0