Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Saatlıda ağır qəza: üç nəfər yaralandı

CC0 / ulleo / TractorTraktor qəza
Traktor qəza - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Abunə olmaq
Qəza zamanı nisbətən ağır olan və sınıq xəsarətləri alan Dədə Qorqud kənd sakinləri xəstəxanaya yerləşdiriliblər.

BAKI, 25 aprel - Sputnik. Saatlıda minik maşını traktorla toqquşub.

Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, hadisə Saatlı rayonunun Telmankənd kəndində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil yolda hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Dədə Qorqud kənd sakinləri, minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Ağayev Natiq Novruzəli oğlu, sərnişinlər - 2003-cü il təvəllüdlü Ağayeva Mədinə Natiq qızı və 1963-cü il təvəllüdlü Quliyeva Hicran Xanbala qızı yaralanıblar. Onlardan ikisi Şirvan şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti
0