11:55 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
HADİSƏ
Qısa URL
32 0 0

Yevlaxda qeydə alınan ağır qəzada Zəhra Şahverdiyeva dünyasını dəyişib. Xəsarət alan Nigar Mirzəzadə isə müalicə üçün paytaxtda göndərilib.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 aprel - Sputnik. Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, şəhər ərazisində iki məktəbli qızı maşın vurub, onlardan biri dünyasını dəyişib. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Yolun digər tərəfinə keçməyə cəhd edən 12 yaşlı Zəhra Şahverdiyeva və onun yaşıdı Nigar Mirzəzadəni “VAZ 21015” markalı minik maşını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki məktəbli Yevlax şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara tibb yardıb göstərilib. Həkimlərin səyinə baxmayaraq, Zəhra Şahverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan Sputnik Azərbaycan-a bildirlib ki, qəza zamanı xəsarət alan digər yaralı, Nigar Mirzəzadə isə paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, qəzada dünyasını dəyişən Z. Şahverdiyeva Yevlax şəhər 7 saylı orta məktəbin şagirdi olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Teqlər:
məktəbli qız, ölüm, Yevlax, qəza

Əsas mövzular