CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meşəyə göyərti yığmağa gedən ruhi xəstənin həyatı faciəli şəkildə sona çatıb

© pixabay / jplenioСилуэт мужчины в лесу, фото из архива
Силуэт мужчины в лесу, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Kənd sakini 38 yaşlı Zakir Hacəliyev meşəyə pəl bitkisi yığmağa gedib. Onun geri qayıtmadığını görən ailə üzvləri axtarışa çıxıb və cəsədlə üzləşiblər.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Qubanın Püstəqasım kəndində qeyri-adi hadisə baş verib. Kənd sakini 38 yaşlı Zakir Cabir oğlu Hacəliyev meşəyə pəl bitkisi yığmağa gedib. O, meşədə ürək tutmasından dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Z. Hacəliyev ruhi xəstə olub. Onun geri qayıtmamasından narahat olan ailə üzvləri axtarışa çıxıblar. Ailə Zakiri çöllük ərazidə ölmüş halda tapıb.

Dərhal polis və prokurorluq əməkdaşları məlumatlandırılıb. Hadisə yeri müayinə olunub. Meyit tibbi ekspertizadan keçirilib. Ölümün ilkin səbəbi ürək tutması kimi qeyd edilsə də, əsl səbəb ekspertizanın rəyindən sonra məlum olacaq.

Hadisə ilə bağlı Quba rayon prokurorluğu araşdırma aparır.

Xəbər lenti
0