17:41 17 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0621
  • RUB0.0230
HADİSƏ
Qısa URL
11 0 0

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları axtarış zamanı rayonun işğaldan azad edilmiş ərazilərindən xeyli silah-sursat aşkarlayıblar.

BAKI, 19 aprel — Sputnik. İşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilən hərbi mövqelərdən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 14 ədəd əl qumbarası, 42 ədəd minaatan mərmisi, 15 ədəd qumbaraatan mərmisi, 47 ədəd avtomat darağı, 5788 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Əsas mövzular