Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda 210 nəfərin yaşadığı yataqxanada partlayış baş verib

© Sputnik / Zulfiyya GuluyevaXırdalanda dağılmış mənzilin yaxınlığnda
Xırdalanda dağılmış mənzilin yaxınlığnda - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il əvvəl tikilib. Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.

BAKI, 19 aprel — Sputnik. Bu gün Sumqayıt şəhərində güclü partlayış baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Mənzillərdən birinin hamam otağında qeydə alınan  hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.

Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə göndərilib.

Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il əvvəl tikilib. 

Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır.

 

Xəbər lenti
0