19:02 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
HADİSƏ
Qısa URL
13 0 0

Oğurlanan avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.

BAKI, 16 aprel — Sputnik. Oğurlanan avtomobil tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Lənkəran rayonunun Girdəni kənd sakininə məxsus “VAZ 2107” markalı avtomobilin sahibinin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar. Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Oğurlanan avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.

Əsas mövzular