CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürdə boğulan bacı-qardaş intihar edib?

© Sputnik / Irade JELILNeftçaladan reportaj
Neftçaladan reportaj - Sputnik Azərbaycan, 1920, 15.04.2021
Abunə olmaq
Sabirabad rayon Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

BAKI, 15 aprel - Sputnik. Sabirabadda bacı və qardaşın Kür çayında boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, aprelin 9-da rayon sakinləri - 2000-ci il təvəllüdlü Məryəm Hüseynli və qardaşı, 2016-cı il təvəllüdlü Hüseyn Hüseynli Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində boğulub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Aprelin 10-da M. Hüseynlinin, aprelin 14-də H. Hüseynlinin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Kürdə aşkar edilərək çıxarılıb.

İlkin araşdırmalarla bacı və qardaşın ehtiyatsızlıqdan Kürə düşərək boğulması müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti
0