07:30 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
HADİSƏ
Qısa URL
138 0 0

Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972 - 1978-ci illərdə "ağ-qara" formanı geyinib.

BAKI, 11 aprel - Sputnik. Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O.Abdullayevin sözlərinə görə, F.Cavadov 71 yaşında koronavirusdan vəfat edib. 

Qeyd edək ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972 - 1978-ci illərdə "ağ-qara" formanı geyinib. F.Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.

Əsas mövzular