Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdə batan bacı-qardaşdan birinin meyiti tapılıb - YENİLƏNİB

© Sputnik / Murad OrujovОбмеление реки Куры
Обмеление реки Куры - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.

BAKI, 10 aprel — Sputnik. Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA xəbər yayıb. Aparılan axtarış işləri nəticəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

-------

13:10

Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edək ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xəbər lenti
0