Rəşad Kərimov, Sputnik Azərbaycan
BAKI, 9 aprel — Sputnik. Kürdəmirdə qətl hadisəsi baş verib. Hadisə rayonun Aşıq Bilal küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 36 yaşlı əvvəllər 2 dəfə məhkumluq həyatı yaşamış İsmayıl Babayevlə həmyerlisi, 52 yaşlı Arif Səmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı İsmayıl Babayev Arif Səmədova hər iki bud nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub.
Ətrafdakı insanların köməkliyi ilə Arif Səmədov təcili surətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliiyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini İsmayıl Babayev isti izlərlə saxlanılaraq rayon polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı İsmayıl Babayev etdiyi cinayət əməlini etiaraf edib. Qətlə yetirilən Arif Səmədovun meyidi isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Hazırda faktla bağlı Kürdəmir rayon prokuroluğunda araşdırma aparılır.