Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yük maşını minik avtomobili ilə toqquşdu, xəsarət alanlar var - FOTO

© Sputnik / Ibrahim HashimovŞəkidə yol-nəqliyyat hadisəsi
Şəkidə yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
Gülnar İzzət qızı Ramazanova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Şəkidə yük maşını minik avtomobili ilə toqquşub, iki nəfər xəsarət alıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Salman Mümtaz küçəsi ilə Məzahir Abbasov küçəsinin kəişməsində verib. Taryel Həbubullayevin idarəetdiyi “Zil 132” markalı, 32 BB 008 dövlət nömrə nişanlı yük maşını “VAZ 2106” markalı 34 BE 933 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

© Sputnik / Ibrahim HashimovŞəkidə yol-nəqliyyat hadisəsi
Yük maşını minik avtomobili ilə toqquşdu, xəsarət alanlar var - FOTO - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Şəkidə yol-nəqliyyat hadisəsi

Qəza zamanı minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin Gülnar İzzət qızı Ramazanova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0