Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda azyaşlı qız intihar edib: Səbəb ilgincdir

© SputnikТень женщины
Тень женщины - Sputnik Azərbaycan, 1920, 03.04.2021
Abunə olmaq
Monika Hüseynzadə həddibuluğa çatmasa da, bir müddət əvvəl ona elçi gəlib. Ailə üzvləri isə qızı ona elçi göndərən oğlana verməyiblər.

BAKI, 3 aprel - Sputnik. Lənkəran şəhərində həddibuluğa çatmamış qızın intihar etdiyi barədə məlumat yayılıb. 

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib.

Bu gün 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına damdan yıxılaraq xəsarət alma ilə bağlı çağırış olub. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin artıq öldüyü məlum olub. İlkin müayinə zamnı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.

Məlumata görə M.Hüseynzadə həddibuluğa çatmasa da, bir müddət əvvəl ona elçi gəlib. Ailə üzvləri isə qızı ona elçi göndərən oğlana verməyiblər. Bundan sonra qızda psixoloji narahatçılıqlar yaranıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0