CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

© AR Ministry of Internal AffairsEvdən icazəsiz çıxan koronavirus xəstəsi
Evdən icazəsiz çıxan koronavirus xəstəsi - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Vətəndaş Mübariz İbrahimovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

BAKI, 1 aprel — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən reydlər zaman aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaş Mübariz İbrahimovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarıblar.

M.İbrahimov barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0