CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki kişi həm "Azəriqaz"ı, həm də vətəndaşları mat qoydu - Ehtiyatlı olun

© Photo : AzeriGas Production UnionQaz xətti
Qaz xətti - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
İşdə xəstəxanada müalicə aldığını deyən rəis müavini özünə bir ortaq taparaq qaz xətlərini dəyişmək bəhanəsilə sakinləri aldadaraq pul yığıb.

BAKI, 30 mart — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidməti "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar oğlu və Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri barədə məlumat yayıb. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, adları çəkilən şəxslər barəsində daxil olan müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış ilkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 min 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Bakıda qar, 24 fevral 2021-ci il - Sputnik Azərbaycan, 1920, 25.02.2021
CƏMİYYƏT
Gələn dəfə qar yağanadək unutmayın - "Yüz nəfər şikayət edirsə, normaldır"

"Azəriqaz" İB-dən qeyd edilib ki, BRQİD-nin Xəzər Texniki İstismar Xidmətinin operatoru Mətləb Niyazi oğlu Kərimov 2019-cu ilin aprel ayından etibarən özəl klinikalardan birindən ayrı-ayrı vaxtlarda aldığı arayışlarla müalicə olunduğunu əsas gətirərək əmək fəaliyyəti ilə məşğul olmayıb. M.Kərimov müalicə almasına baxmayaraq BRQİD-nin xidməti ərazisində dəfələrlə daşıyıcı küçə qaz xətlərinin qeyri-qanuni yerini dəyişdirib və Departamentin normal iş fəaliyyətinin təşkil olunmasına maneçilik törədib, eyni zamanda onun bu hərəkəti istehlakçıların təbii qaz təchizatında fasilələrin yaranmasına səbəb olub. Bu səbəbdən M.Kərimovun sağlamlığı ilə əlaqədar müalicədə olmasına əsaslı şübhələr yaranıb. Ona görə də 30.04.2020-ci il tarixdən sonrakı dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə M.Kərimov tərəfindən heç bir təsdiqedici sənəd təqdim edilmədiyini əsas gətirərək bu barədə həmin klinikaya rəsmi məktub göndərilib", - deyə qurumdan verilən məlumatda bildirilib.

Əlavə edək ki, Mətləb Niyazi oğlu Kərimovun Xəzər rayonu ərazisindəki qanunsuz əməlləri barədə 21.04.2020-ci il tarixində Daxili İşlər Nazirliyi, Xəzər rayonu Polis İdarəsinə BRQİD-nin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəisi adından rəsmi müraciət də ünvanlanıb.

Xəbər lenti
0