12:36 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
HADİSƏ
Qısa URL
32 0 0

Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.

BAKI, 27 mart - Sputnik. Qəbələ rayonunda 16 yaşlı yeniyetmə intihar edib.

"Report"un məlumatına görə, hadisə rayonun Bayramkoğa kədində qeydə alınıb.

2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb. Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.

Xatırladaq ki, Ucar rayonunda da 12 yaşlı yeniyetmə intihar edib. Hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hər iki hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktlarla bağlı araşdırma aparılır.

Əsas mövzular