CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı dəhşətli olayın detalları: atanın qızını hansı zəhərlə öldürdüyü məlum oldu

© AFP 2023 / SAJJAD HUSSAINШприцы, фото из архива
Шприцы, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.03.2021
Abunə olmaq
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

BAKI, 23 mart - Sputnik. Bakıda atanın qızına iynə vurub öldürməsi hadisəsinin bəzi detalları bəlli olub. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızının meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Шприцы в руках, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.03.2021
HADİSƏ
Bakıda dəhşət: ata qızını zəhərli iynə ilə öldürüb

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası, 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti
0