12:14 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
HADİSƏ
Qısa URL
1410

Novruz bayramı polislərimizə düşərli olub: onlar əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayəti açıblar. Yollarımızdakı vəziyyət isə ürəkaçan olmayıb: qəzalarda 5 nəfər həyatını itirib

BAKI, 22 mart - Sputnik. Azərbaycan Daxili İşlər Nazirliyi bayram günləri qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb. 

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Teqlər:
narkotik, cinayət, Novruz bayramı, polis, qəza

Əsas mövzular