03:13 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
HADİSƏ
Qısa URL
19 0 0

"VAZ 2106" və "Hyundai Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai Elantra"-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKI, 20 mart - Sputnik. Yevlaxda ağır yol qəzası olub. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə az öncə Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

"VAZ 2106" və "Hyundai Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai Elantra"-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Səmimi Tanrıverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular