QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənddə mülki şəxs minaya düşdü - FOTO

© Depositphotos.com / SpotmatikphotoВрачи с больным в больнице
Врачи с больным в больнице  - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
İman Baxşəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində çoxsaylı xəsarətlər alması müəyyən edilib

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində 1980-ci il təvəllüdlü İman Baxşəliyev minaya düşüb. Xocavənd rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılmış araşdırmalarla İman Baxşəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində çoxsaylı xəsarətlər alması müəyyən edilib. Yaralı Ağcabədi rayon Xəstəxanasına gətirilib.

© Sputnik / Emin Alisahibİman Baxşəliyev
Xocavənddə mülki şəxs minaya düşdü - FOTO - Sputnik Azərbaycan, 1920, 15.03.2021
İman Baxşəliyev

Xəstəxanadan Sputnik Azərbaycan-a bildirilib ki, xəsarət alan şəxsin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib. Hazırda vəziyyəti orta ağır olaraq qalır. Baş verən hadisə ilə bağlı  Xocavənd rayon Prokurorluğu araşdırma aparır.

Xəbər lenti
0