04:25 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
HADİSƏ
Qısa URL
61301

İman Baxşəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində çoxsaylı xəsarətlər alması müəyyən edilib

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində 1980-ci il təvəllüdlü İman Baxşəliyev minaya düşüb. Xocavənd rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılmış araşdırmalarla İman Baxşəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində çoxsaylı xəsarətlər alması müəyyən edilib. Yaralı Ağcabədi rayon Xəstəxanasına gətirilib.

© Sputnik / Emin Alisahib
İman Baxşəliyev

Xəstəxanadan Sputnik Azərbaycan-a bildirilib ki, xəsarət alan şəxsin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib. Hazırda vəziyyəti orta ağır olaraq qalır. Baş verən hadisə ilə bağlı  Xocavənd rayon Prokurorluğu araşdırma aparır.

Teqlər:
mülki şəxs, mina, Xocavənd

Əsas mövzular