12:56 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
HADİSƏ
Qısa URL
892 0 0

20 yaşlı tələbə Qubadan Bakıya həkimə gedirmiş. O, məktəbin ən savadlı, əlaçı tələbələrindən olub. Bu gün baş verən qəza gələcəyin psixoloqunu məhv etdi.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 mart - Sputnik. 20 yaşlı tələbə qəzada həyatını itirib. Hadisə Bakı–Quba magistralının Siyəzən ərazisindən keçən hissəsində  baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Ağbaş kəndi yaxınlığındakı körpü üzərində ”Mersedes V 220” markalı maşın aşıb. Qəzada ADPU-nin Quba filialının 2-ci kurs tələbəsi İsmayılova Şəbnəm Qalib qızı faciəli şəkildə dünyasını dəyişib. 20 yaşlı tələbə Qubadan Bakıya həkimə gedirmiş. Qubanın İkinci Nügədi kəndinin sakini olan Şəbnəm məktəbin ən savadlı, əlaçı tələbələrindən olub. Şəbnəmin müəllimlərinin dediyinə görə, ən böyük arzusu yaxşı psixoloq olmaq imiş. Amma qəza onun arzusunu gözündə qoydu. Ş.İsmayılova evin ortancıl övladıdır, ailədə 3 uşaq olublar.

© Photo : Courtesy of Leyla Abdullayeva
İsmayılova Şəbnəm

Əldə etdiyimiz məlumata görə, Quba rayonunun İkinci Nügədi kənd sakini, 35 yaşlı Kamil Məcnun oğlu Əliyev idarə etdiyi "Mersedes V 220" markalı avtomobillə Qubadan Bakı istiqamətinə gedərkən  idarəetməni itirib və avtomobil yolun sağına çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər -Qubanın Birinci Nügədi kənd sakini, 46 yaşlı Əsəd Səməd oğlu Kərimov və İkinci Nügədi kənd sakini Şəbnəm Qabil qızı İsmayılova müxtəlif xəsarətlərlə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Şəbnəm İsmayılova xəstəxanada keçinib. Faktla bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.

Teqlər:
tələbə, Quba, Bakı, qəza

Əsas mövzular