CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aktyorun xanımı: "Mədəniyyət Nazirliyi bir dəfə də olsun maraqlanmadı ki, nə baş verir?"

© Depositphotos.com / Photographee.euВор во время проникновения в чужой дом
Вор во время проникновения в чужой дом - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
"Bütün şəkillər ortalıqdadır. Sadəcə onun əşyalarını qorumaq üçün şərait yaratmışam. Ev muzeyi dövlət tərəfindən qanuni şəkildə yaradılmalıdır" - Rəhimə Nuriyeva

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb. Hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a danışan aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirir ki, hazırda istintaq davam edir: "Hazırda hansı əşyaların itməyi ilə bağlı məlumat verə bilmərəm. Məlumat versəm, istintaqın gedişinə mane ola bilərəm. Əslində oranı muzey adlandırmaq olmaz. Yarımtikili bağ evidir. Heç döşəməsi də yoxdur. Taxtaları drellə yapışdırıb, divarda dəlik yaradıb şəkilləri asmışam. Bütün şəkillər ortalıqdadır. Sadəcə, onun əşyalarını qorumaq üçün şərait yaratmışam. Ev muzeyi dövlət tərəfindən qanuni şəkildə yaradılmalıdır".

"Hansısa insafsız gəlib oğurlayıb. Hazırda araşdırma gedir. O əşyaları nə edəcəklərini bilmirəm. Yaşar Nuri ömrünü mədəniyyətə həsr edən adam olub. Mədəniyyət Nazirliyi bir dəfə də olsun maraqlanmadı ki, nə baş verir? 2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qurban verən insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir" , - Nuriyeva fikrini tamamlayıb.

Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimov Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə reaksiya verib. Nazir açıqlamasında məsələ ilə maraqlanacağını bildirib.

Xəbər lenti
0