CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaçırılan qız ailəsinə təhvil verildi

© Sputnik / Rahim MuradovAstara Rayon Polis Şöbəsi
Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
Samux sakini evlənmək məqsədilə qız qaçırıb. Amma buna razı olmayan ailə polisə müraciət edərək qızının qaytarılmasına nail olub.

BAKI, 11 mart — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya açıqlamasında bildirib.

Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.

Xəbər lenti
0