13:12 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
HADİSƏ
Qısa URL
32 0 0

Mister Turkey 95" seçilən keçmiş model türkiyəli müğənni Sibel Canın eks-sevgilisi olub. O zaman Hakan Uralla evli olan Sibel Canın Karahan Çantayla hoteldən birgə çıxması onların gizli eşq yaşamaları iddialarını daha da gücləndirib.

BAKI, 10 mart — Sputnik. Türkiyədə məşhur model olan Karahan Çantay Taylandda avtomobil qəzası zamanı həyatını itirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumat verir ki, kimsəsiz qalan Çantayın cəsədi iki gün morqda saxlanılıb.

"Mister Turkey 95" seçilən keçmiş model türkiyəli müğənni Sibel Canın eks-sevgilisi olub. O zaman Hakan Uralla evli olan Sibel Canın Karahan Çantayla hoteldən birgə çıxması onların gizli eşq yaşamaları iddialarını daha da gücləndirib. Əlində bu gizli münasibətlə bağlı videonun olmasını iddia edən başqa bir model Cem Kuzunun Sibel Candan şantajla külli miqdarda pul qopardığı dedi-qoduları yayılıb.

Hakan Uralla Sibel Can bu iddiaları rədd etsələr də, uzun sürən söz-söhbətlər onların evliliyinə son qoydu. Bir müddət seriallarda, kliplərdə, reklamlarda çəkilən model bu hadisələrdən sonra Türkiyədən ABŞ-a köçərək taksi sürücüsü, oradan da Taylanda köçərək riyaziyyat müəllimi işləyib.

Əsas mövzular