CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmaz yolunda avtomobil at arabasını vurdu, yaralılar var

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Abunə olmaq
Xaçmaz - Niyazoba yolunda 56 yaşlı Şahmar Hacıyev idarə etdiyi avtomobillə at arabasını vurub. Qəzada üç nəfər xəsarət alıb

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 9 mart - Sputnik. Avtomobil at arabasını vurdu, üç nəfər xəstəxanalıq oldu. Hadisə Xaçmaz - Niyazoba yolunda baş verib.  Sputnik  Azərbaycan-ın verdiyi məlumata görə, 56 yaşlı Şahmar Hacıyev idarə etdiyi avtomobillə at arabasını vurub. Nəticədə sürücü Şahmar Hacıyev, at arabasını sürən 28 yaşlı Təbrik Məmmədov və 27 yaşlı Nurlan Zülfüqarov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0