QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdam rayonunda mina partladı, vəzifəli şəxs yaralandı - YENİLƏNİB - FOTO

© Sputnik / Emin Alisahib1967-ci il təvəllüdlü Hafiz Əzimzadə
1967-ci il təvəllüdlü Hafiz Əzimzadə - Sputnik Azərbaycan, 1920, 03.03.2021
Abunə olmaq
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir

BAKI, 3 mart - Sputnik. Ağdamda minaya düşən şəxs barədə rayon prokurorluğu məlumat yayıb. 

Məlumata görə, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

© Sputnik / Emin Alisahib1967-ci il təvəllüdlü Hafiz Əzimzadə
Ağdam rayonunda mina partladı, vəzifəli şəxs yaralandı - YENİLƏNİB - FOTO - Sputnik Azərbaycan, 1920, 03.03.2021
1967-ci il təvəllüdlü Hafiz Əzimzadə

Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi məlum olub. Çoxsaylı xəsarətlərlə yanaşı, onun sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib. Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

© Sputnik / Emin Alisahib1967-ci il təvəllüdlü Hafiz Əzimzadə
Ağdam rayonunda mina partladı, vəzifəli şəxs yaralandı - YENİLƏNİB - FOTO - Sputnik Azərbaycan, 1920, 03.03.2021
1967-ci il təvəllüdlü Hafiz Əzimzadə

-------

16:25

Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti
0