CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Samuxda iki kişi bıçaqlanıb

© pixabay / PublicDomainPicturesНож в руке мужчины, фото из архива
Нож в руке мужчины, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.02.2021
Abunə olmaq
Hər iki yaralı dərhal cərrahi əməliyyat olunub, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

BAKI, 28 fevral - Sputnik. Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Kənd sakinləri - 1984-cü il təvəllüdlü Elçin Məmmədov və 1976-cı il təvəllüdlü Eldəniz Həsənov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0